Boris Nemtsovun qətlində şübhəli bilinən iki nəfər saxlanılıb - VİDEO

Boris Nemtsovun qətlində şübhəli bilinən iki nəfər saxlanılıb - <span style="color: red;">VİDEO
# 07 mart 2015 10:25 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qətlində şübhəli bilinən iki nəfər saxlanılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev və Anzor Qubaşev saxlanılıb. FTX rəhbəri bu barədə artıq prezident Vladimir Putinə məruzə olunduğunu söyləyib: "Cinayət işi üzrə araşdırmalar davam etdirilir".


Qeyd edək ki, fevralın 27-də gecə saat 23:40 radələrində Rusiyanın tanınmış müxalifət lideri Boris Nemtsov Moskvanın mərkəzində naməlum şəxslər tərəfindən qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR