Şabranda avtomobil Rusiya vətəndaşını vuraraq öldürüb

Şabranda avtomobil Rusiya vətəndaşını vuraraq öldürüb
# 13 oktyabr 2014 08:53 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1951-ci il təvəllüdlü, Siyəzən rayonunun Gil-gilçay qəsəbəsinin sakini Hüseynov Zahir Sirac oğlu idarə etdiyi “VAZ 21063” markalı, 53 BA 342 dövlət nömrə nişanlı avtomobil ilə Bakı istiqamətində hərəkətdə olarkən yolu keçən 1979-cu il təvəllüdlü, Rusiya vətəndaşı Sviridov Yuri Nikolayeviçi vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR