Moskvada Suriyanın hökumət və müxalifət nümayəndələrinin görüşü keçirilə bilər

Moskvada Suriyanın hökumət və müxalifət nümayəndələrinin görüşü keçirilə bilər
# 02 dekabr 2014 14:12 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskvada Suriyanın hökumət və müxalifət nümayəndələri arasında görüş keçirilə bilər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

A. Lukaşeviç Suriya müxalifəti nümayəndələrinin bu görüşün keçirilməsinə razılıq verməsinin vacibliyini vurğulayıb:" Bu görüşün tarixini müəyyən etmək hələ tezdir. Hələlik hazırlıq işləri gedir, müxalifətlə əlaqə yaradılır. Görüşdə müxalifətin iştirakı təkcə Milli Koalisiya ilə məhdudlaşmamalıdır. Milli Koalisiyadan başqa Suriyada müxalifətdə olan güclər var. Onlar da dialoqun təşkilində, mövcud vəziyyətin normallaşmasında maraqlıdırlar. Onların da hökumət və müxalifət arasında keçiriləcək görüşdə iştirakı vacibdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR