“DəmirBank” bayram aksiyasını davam etdirir

“DəmirBank” bayram aksiyasını davam etdirir
# 19 mart 2015 13:03 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank”ın Novruz bayramı münasibətilə “28 Mall” ticarət mərkəzində təşkil etdiyi bayram aksiyası davam edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiyada Novruz bayramının ənənələrini özündə əks etdirən yarışma və müsabiqələr keçirilir. Bank yarışma və müsabiqə iştirakçıları ilə yanaşı, bayram aksiyasına qatılan hər bir kəsə kreditlərdə 3% endirim, depozitlərdə 1% əlavə faiz əldə etmək hüququ verən xüsusi imtiyaz kuponları da təqdim edir. İmtiyaz kuponlarını əldə edənlər bir il ərzində bu xüsusi imtiyazlardan yararlana bilərlər.

Qeyd edək ki, bayram aksiyası martın 25-dək davam edəcək.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR