Rus bölməsinin abituriyentləri üçün keçirilən “Azərbaycan dili” fənnindən imtahanının nəticələri yaxın günlərdə elan olunacaq

Rus bölməsinin abituriyentləri üçün keçirilən  “Azərbaycan dili” fənnindən imtahanının nəticələri yaxın günlərdə elan olunacaq
# 27 aprel 2015 08:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, şəhərlər üzrə ümumilikdə 20 mərkəzdə təşkil olunan imtahan saat 13:00-da başlanıb və 45 dəqiqə ərzində aparılıb.

İmtahanın idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib. Müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun keçirilib, abituriyentlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Aprelin 26-da keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyulun 7-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

Bu gündən etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq, nəticələrin yaxın günlərdə elan olunması nəzərdə tutulur. Nəticələrin elan olunmasına dair ilkin məlumatlar səhifəmizdə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR