Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Azərbaycan iqtisadiyyatına müstəqillik əldə etdiyi gündən etibarən bu 190 mlrd. ABŞ dollarından çox investisiya yatırılıb"
“APA-Economics”in məlumatına görə, bu barədə bu gün Bakıda keçirilən Enerji Tənzimləyicilərinin Beynəlxalq Assosiasiyasının (ERRA) Investisiyalar və Enerji Tənzimlənməsi üzrə XIII toplantısında Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov bildirib.
Onun sözlərinə görə, xarici birbaşa investisiyaların əhalinin adambaşına və xarici investisiyaların ümumi daxili məhsula olan nisbətinə görə, Azərbaycan MDB və dünya ölkələri arasında liderlərdən biridir.
Nazir müavini deyib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 53 mlrd. dollara çatıb və daxili borc ÜDM-ə nisbətdə 8% təşkil edib.