Azərbaycanın əsas ticarət tərəfdaşlarının siyahısında dəyişiklik baş verib

Azərbaycanın əsas ticarət tərəfdaşlarının siyahısında dəyişiklik baş verib
# 16 dekabr 2014 08:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Almaniya, İndoneziya, Rusiya, Fransa, Türkiyə, İsrail, ABŞ, Böyük Britaniya, İspaniya, Hindistan, Tailand, Çin, Çexiya və Gürcüstandır.

APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin 11 ayının nəticələrinə əsasən, Azərbaycanın xarici ticarət dövriyyəsinin 77,66%-i məhz bu 15 ölkənin payına düşür. Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan İtaliya ilə ticarət dövriyyəsi 4 mlrd. 856 mln. 865 min dolar (16,85%) təşkil edir. Bu ilin yanvar-noyabr aylarının göstəricilərinə əsasən ikinci yerdə olan Almaniya ilə ticarət dövriyyəsi 2 mlrd. 435 mln. 80 min dollar (8,45%), üçüncü yerdə olan İndoneziya ilə ticarət dövriyyəsi 2 mlrd. 43 mln. 629 min dollar (7,09%) olub. Ticarət dövriyyəsində bu üç ölkənin payı 32%-dir (bax: Cədvəl-1).

Cədvəl-1

İxracda əsas ölkələrin siyahısına nəzər salanda məlum olur ki, Azərbaycan ilk yerdə qərarlaşan İtaliyaya 4 mlrd. 624 mln. 659 min dollarlıq (22,33%) mal göndərib. Hesabat dövründə Azərbaycan İndoneziyaya 2 mlrd. 12 mln. 316 min (9,72%), Almaniyaya 1 mlrd. 809 mln. 335 min dollarlıq məhsul ixrac edib (bax: Cədvəl-2).

Cədvəl-2

Bu ilin 11 ayında Azərbaycan Rusiyadan 1 mlrd. 166 mln. 969 mln. dollarlıq (14,39%), Türkiyədən 1 mlrd. 130 mln. 872 min dollarlıq (13,94%), Böyük Britaniyadan isə 863 mln. 633 min. (10,65%) dollarlıq mal idxal olunub. İdxalda bu üç ölkənin payı 39% təşkil edir (bax: Cədvəl-3).

Cədvəl-3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR