Azərbaycanda Fələstin xalqına yardım məqsədilə konfrans keçiriləcək

Azərbaycanda Fələstin xalqına yardım məqsədilə konfrans keçiriləcək
# 25 aprel 2013 11:41 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. İyun ayında Azərbaycanda Fələstin xalqına yardım məqsədilə "İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin" (İslamic Financial Safety Net) yaradılmasına dair konfrans keçiriləcək. İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu APA-ya bildirib ki, bu məsələ onun Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşlərində müzakirə olunub.

E. İhsanoğlu konfransa ev sahibliyi etməyin Azərbaycan hökumətinin təşəbbüsü olduğunu söyləyib: “Azərbaycan təşkilat daxilində getdikcə daha çox fəallıq göstərir”.

E. İhsanoğlu İƏT baş katibi seçildiyi 2006-cı ildən bəri Azərbaycanda İƏT-in nazirlər səviyyəsində 5 görüşünün keçirildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR