Müşfiq Hətəmov: “Kommersiya filmlərini Türkiyə ilə birgə çəkmək istəyirik”

Müşfiq Hətəmov: “Kommersiya filmlərini Türkiyə ilə birgə çəkmək istəyirik”
# 20 dekabr 2014 12:19 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Növbəti ildə kommersiya filmlərini Türkiyə ilə birgə çəkmək istəyirik”.

APA-nın məlumatına görə, bunu Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu istiqamətdə Türkiyə ilə danışıqlar aparılır: “Kommersiya filmləri ilə bağlı işləri genişləndirmək istəyirik. Düşünürəm ki, bu cür filmlər çəkməyə indi ehtiyac var, tamaşaçı tələbatı böyükdür. Ona görə, Türkiyənin böyük təcrübəsini və kino bazarını nəzərə alıb bu istiqamətdə müştərək iş qurmaq istəyirik”.

M. Hətəmov əlavə edib ki, layihə gələn ilin mart ayında təsdiqini tapmalıdır: “Hazırda layihənin üzərində danışıqlar gedir, mart ayında təsdiqini tapsa, işlərə başlanılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR