İvitsa Daçiç: "Uzanan münaqişәlәrin hәlli ATӘT-ә sәdrlik edәn Serbiyanın prioritetlәri sırasında ön yerdәdir"

İvitsa Daçiç: "Uzanan münaqişәlәrin hәlli ATӘT-ә sәdrlik edәn Serbiyanın prioritetlәri sırasında ön yerdәdir"
# 26 fevral 2015 21:51 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova-APA. Uzanan münaqişәlәrin hәlli ATӘT-ә sәdrlik edәn Serbiyanın prioritetlәri sırasında ön yerdәdir. APA-nın mәlumatına görә, bu sözlәri ATӘT-in fәaliyyәtdә olan sәdri, Serbiyanın xarici işlәr naziri İvitsa Daçiç Amerika Birlәşmiş Ştatlarında Helsinki Komissiyasında dinlәmәlәr zamanı deyib.

Daçiç mövcud formatlar çәrçivәsindә sәylәrin davam etmәsinә vә tәrәflәr arasında etimadın bәrpası üçün addımların atılmasına dәstәyini vurğulayıb: "ABŞ-ın fəal iştirakı ATӘT missiyasının hәyata keçirilmәsindә vacib faktor olaraq qalır".

Daçiç bildirib ki, ATӘT vә Avropa tәhlükәsizliyi çox kritik keçid mәrhәlәsindәdir vә hazırda әsas prioritetlәrdәn biri daha böyük әrazini әhatә etmәmәsi üçün Ukrayna daxilindә vә kәnardakı böhranın qarşısını almaqdır. O, ATӘT-in Ukrayna böhranının hәlli üçün diplomatik yolların intensiv şәkildә axtarışını davam etdirәcәyini qeyd edib.

Xatırladaq ki, ABŞ-da sәfәrdә olan İvitsa Daçiç dövlәt katibi Con Kerri ilә dә görüşüb. Görüşdә ABŞ-Serbiya münasibәtlәri, Ukrayna böhranı, Serbiyanın ATӘT-ә sәdrliyi dövründә prioritetlәr müzakirә edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR