Fransa ansamblı azərbaycanlı bəstəkarın əsərini ifa edib

Fransa ansamblı azərbaycanlı bəstəkarın əsərini ifa edib
# 15 aprel 2013 17:05 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı çərçivəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Time, real and imaginary” adlı kamera konserti keçirilib.

APA-nın məlumatına görə, konsert proqramında Armand Angsterin bədii rəhbərliyi ilə Fransanın “Ensemble Accroche Note” ansamblı çıxış edib.

Françoise Kubler (soprano), Anne-Cecile Cuniot (fleyta), Matthias Tranchant (violin), Elodie Adler (arfa) və Emmanuel Sejournedən (zərb alətləri) ibarət ansambl dünya klassiklərindən müxtəlif əsərləri və azərbaycanlı bəstəkar Elmir Mirzəyevin əsərini ifa edib.

Qeyd edək ki, Bakıda keçirilən Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı aprelin 19-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR