Son 7 ildə azərbaycanlı gənclərin xaricdə təhsilinə 121 mln. manatdan artıq vəsait xərclənib

Son 7 ildə azərbaycanlı gənclərin xaricdə təhsilinə 121 mln. manatdan artıq vəsait xərclənib
# 06 mart 2015 14:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2008-2014-cü illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə 121,3 mln. manat vəsait ayırıb.

APA-Economics”in xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatda əks olunub.

Hesabatda qeyd olunur ki, 2015-ci ilin yanvarın 1-nə ARDNF-nin vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin ümumi sayı 2867 nəfər təşkil edir.

Beləliklə, bir azərbaycanlı gəncin xaricdə təhsil alması orta hesabla 42 min manata başa gəlir.

Qeyd edək ki, 2014-cü ildə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 33,5 mln. manat vəsait yönəldilib və bu xərc maddəsi büdcədə nəzərdə tutulana nisbətən (33,7 mln. manat) 99,4% səviyyəsində icra olunub. 2014-cü ildə Təhsil Nazirliyinin sifarişlərinə əsasən, ARDNF-dən ayrılmış vəsaitlərin 16,5 mln. manatı yaşayış, 15,2 mln. manatı təhsil, təqribən 1 mln. manatı yol, 0,5 mln. manatı tibbi sığorta, 0,3 mln. manatı viza, qeydiyyat və digər xərclərin ödənilməsinə yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR