Daxili orqanında İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb

Daxili orqanında İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb
# 26 fevral 2015 12:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan gömrük orqanlarının əməkdaşları vətəndaşın daxili orqanında heroin aşkar edib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Rəşad Axundovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağından) 1 ədəd bükümdə, ümumi xalis çəkisi 0,701 qram olan narkotik vasitə - heroin aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR