Rusiya Ticarət və Sənaye Palatasının vitse-prezidenti: “Azərbaycan Xəzəryanı ölkələrin birgə fəaliyyətinin möhkəmlənməsində konstruktiv rol oynayır”

Rusiya Ticarət və Sənaye Palatasının vitse-prezidenti: “Azərbaycan Xəzəryanı ölkələrin birgə fəaliyyətinin möhkəmlənməsində konstruktiv rol oynayır”
# 17 aprel 2015 14:48 (UTC +04:00)

APA-nın "OilNews.kz"a istinadən verdiyi məlumata görə, forumda ekspertlər Xəzər dənizindən növbəti 5-7 ildə 200 milyon ton neft, 270 milyard kubmetr qaz hasil ediləcəyinə dair proqnozlar səsləndiriblər.

Forumun iştirakçıları Xəzərin resurslarının effektiv istifadəsindən, ekoloji problemlərdən və digər məsələlərdən danışıblar. Xəzər loqistika mərkəzinin yaradılması ilə bağlı təkliflər səsləndirilərkən Azərbaycanın rolu xüsusi qeyd olunub.

Rusiya Ticarət və Sənaye Palatasının vitse-prezidenti Georqi Petrov bildirib ki, hazırda Azərbaycan Xəzər regionunda aparıcı idxalçı və istehsalçı ölkədir. O qeyd edib ki, Azərbaycan Xəzəryanı ölkələrin birgə fəaliyyətinin möhkəmlənməsi üçün konstruktiv rol oynayır.

G. Petrov onu da əlavə edib ki, Rusiya və Azərbaycan Xəzər dənizində ekoloji təhlükəsizliyin təmin olunmasında maraqlıdırlar.

Xatırladaq ki, avqustun 12-də Həştərxanda olunan “Xəzərin günü” təntənəli tədbirlər keçiriləcək. Tədbirlərdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndə heyətləri iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR