Füzulidə qasırğa olub

Füzulidə qasırğa olub
# 03 iyun 2015 15:16 (UTC +04:00)

Füzuli. Teymur Zahidoğlu - APA. Füzuli rayonunda müşahidə olunan güclü külək yaşayış evlərinə ciddi zərər vurub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, külək əsasən "Qayıdış-4" məcburi köçkün qəsəbəsində fəsadlar törədib. Qasırğa məcburi köçkünlərə məxsus yaşayış evlərinin damını yararsız hala salmaqla yanaşı, elektrik dirəklərini aşırıb, naqillərini sıradan çıxarıb, çoxlu ağacı kökündən çıxarıb.

Hazırda qəsəbəyə elektrik enerjisinin, təbii qazın və içməli suyun verilməsində fasilə yaranıb. Rayon Fövqəladə Hallar Komissiyası dəymiş zərərin araşdırılması və aradan qaldırılması üçün tədbirlər həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR