Nizami Kino Mərkəzində Qarabağ müharibəsi ilə bağlı pulsuz filmlər nümayiş olunacaq

Nizami Kino Mərkəzində Qarabağ müharibəsi ilə bağlı pulsuz filmlər nümayiş olunacaq
# 25 fevral 2015 13:10 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Nizami Kino Mərkəzi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar repertuarda dəyişiklik edib.

Mərkəzdən APA-ya verilən məlumata görə, fevralın 26–da Azərbaycanın Milli qəhrəmanları Fazil Mirzəyev, Şirin Mirzəyev və Asif Məhərrəmov haqqında çəkilmiş sənədli filmlər, həmçinin Elvin Abdullayevin Xocalı faciəsinə həsr olunmuş “Məriz” qısametrajlı filmi, Aqil Abbasın “Dolu” və Vahid Mustafayevin “Xoca” bədii filmləri nümayiş olunacaq.


Mərkəzdən bildiriblər ki, faciədə günahsız həlak olan soydaşlarımıza hüzn və ehtiram əlaməti olaraq nümayişdə olan digər filmlər dayandırılıb.


Seanslara giriş pulsuzdur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR