Müsavat Partiyası etiraz yürüşü təyin edib

Müsavat Partiyası etiraz yürüşü təyin edib
# 08 aprel 2015 12:49 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyası aprelin 19-na etiraz yürüşü təyin edib.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah APA-ya açıqlamasında bildirib ki, aprelin 19-da saat 16:00-da metronun “20 Yanvar” stansiyasının qarşısından Yasamal rayonundakı keçmiş “Məhsul” stadionuna yürüş təyin olunması haqqında qərar qəbul olunub. O deyib ki, yürüşün “Məhsul” stadinonda qətnamənin oxunması ilə başa çatması nəzərdə tutulub: “Qərara alınıb ki, birgə aksiyaların təşkili ilə bağlı digər siyasi təşkilatlarla məsləhətləşmələr aparılsın”.

Partiya aksiyanın razılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR