Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici bazarlara 271,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
"APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 28,7% çoxdur.
Təkcə avqust ayında Azərbaycandan 36,8 mln. dollarlıq qızıl ixrac edilib. Bu isə iyul ayının göstəricisindən 1,08% azdır.