Balakəndə ev yanıb

Balakəndə ev yanıb
# 12 noyabr 2014 13:36 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda fərdi yaşayış evi yanıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın rayonun Qazma kəndində Qüdrət Şəhmir oğlu Ukalayevə məxsus, ümumi sahəsi 125 kvadratmetr olan birmərtəbəli, 4 otaqlı fərdi yaşayış evində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində Qüdrət Ukalayevə məxsus evin yanar konstruksiyaları və ev əşyaları yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb. İlkin ehtimallara görə yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

Faktla bağlı FHN-in Balakən rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR