“Azəri-Çıraq-Günəşli” yataqlarının əməliyyat və əsaslı xərcləri açıqlanıb

“Azəri-Çıraq-Günəşli” yataqlarının əməliyyat və əsaslı xərcləri açıqlanıb
# 20 noyabr 2014 11:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin üç rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə təqribən 720 mln. ABŞ dolları əməliyyat məsrəfləri və 1 mlrd. 741 mln. dollar əsaslı məsrəflər xərclənib.

Yataqların operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, tam il üçün əməliyyat xərclərinin təxminən 1 mlrd. 52 mln. dollar, əsaslı xərclərin isə 2 mlrd. 68 mln. olacağı gözlənilir.

Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli”də iştirak payları BP (operator – 35,8%), ARDNŞ (11,6%), “Chevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobile” (8%), TPAO (6,8%), “İtochu” 4,3%), “ONGC Videsh Limited” (OVL) (2,7%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR