Latviya prezidenti Azərbaycana rəsmi səfərə gələcək

Latviya prezidenti Azərbaycana rəsmi səfərə gələcək
# 20 aprel 2013 08:41 (UTC +04:00)

APA-nın Latviya prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, A. Berzinş Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək. Görüşlərdə iki ölkə arasında siyasi dialoqun və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq.

İki prezident Bakıda keçiriləcək Azərbaycan-Latviya biznes forumuna qatılacaq. Qonaq Heydər Əliyev Fonduna da baş çəkəcək.

Aprelin 25-də A. Berzinş Sumqayıt Texnologiya Parkına gedəcək və fövqəladə hallar naziri Kəmaləddin Heydərovla, nəqliyyat naziri Ziya Məmmədovla görüşəcək. O, Azərbaycan İncəsənət Akademiyasında Latviya rəssamlarının əl işlərindən ibarət sərgiyə də baxacaq.

Latviya nümayəndə heyətində xarici işlər naziri Edqar Rinkeviç, nəqliyyat naziri Anriys Matiss, səhiyyə naziri İnqrida Tsirsene və əkinçilik naziri Laymdot Strayuma, eləcə də 74 sahibkar və bir sıra təhsil müəssisələrinin rəhbərləri təmsil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR