“Centrasia” analitik informasiya portalı: “Qərb Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını siyasiləşdirir”

“Centrasia” analitik informasiya portalı: “Qərb Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını siyasiləşdirir”
# 08 iyun 2015 14:09 (UTC +04:00)

APA-nın məlumatına görə, məqalədə qeyd olunur ki, Bakıda ilk dəfə Avropa Oyunlarının keçirilməsi tarixi əhəmiyyət daşıyır.

2012-ci ildə bu oyunların məhz Azərbaycanda baş tutması üçün Avropa ölkələrinin əksəriyyətinin səs verməsini Azərbaycanın idman diplomatiyasının qələbəsi hesab edən araşdırmaçı-jurnalist bununla belə Avropa oyunlarına az bir müddət qaldığı bir vaxtda Qərb ölkələrindəki bəzi dairələrin Azərbaycana təzyiq göstərməsini anlaya bilmədiyini vurğulayıb. S. Tarasov həmin dairələrin Qarabağ münaqişəsini və bölgədə müharibə təhlükəsinin hələ də sovuşmadığını əsas gətirərək Azərbaycana səfər etməməyə çağır etməsini, indi isə insan haqlarının qorunmasını əlində bayraq tutaraq rəsmi Bakıya təzyiq göstərməsini Avropanın qeyri-müəyyən siyasəti kimi xarakterizə edib.

Avropalılar üçün Rusiya ilə Azərbaycanı müqayisə edən müəllif hesab edir ki, Rusiyaya nisbətdə Azərbaycanın daha Avropaya meylli olması, üstəlik, enerji daşıyıcılarının nəqlində daha etibarlı tərəfdaş kimi çıxış etməsi Qərb dairələrini düşündürməli idi: “Amma onların sonda düzgün seçim etməməsi səhv siyasət yürütmələrindən xəbər verir”.

S. Tarasov Azərbaycana qarşı bu səhv siyasətin iki mənbədən qaynaqlandığını ehtimal edir. Söhbər erməni lobbisi, habelə Azərbaycanın yaxşı imic qazanmasını və müstəqil siyasət yürütməsini istəməyən Qərbdəki əleyhdarlarından gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR