Azərbaycana 3 min dəmir yolu vaqonu satan zavodda kütləvi ixtisarlar aparılır

Azərbaycana 3 min dəmir yolu vaqonu satan zavodda kütləvi ixtisarlar aparılır
# 30 aprel 2015 09:46 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Uralvaqonzavod” elmi-istehsalat korporasiyasında çalışan 5 mindən çox əməkdaş məcburi qaydada bir aylıq məzuniyyətə göndərilib.

APA-Economics” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, zavodun əməkdaşları mayın sonuna qədər məzuniyyətdə olacaq. Məzuniyyətə göndərilmiş işçilər orta aylıq məvaciblərinin 2/3-ni ala biləcək.

Korporasiya bu qərarı vaqonqayırma bazarında durğunluğun və dəmir yol nəqliyyatı vasitələrinə tələbin olmaması ilə izah edib.

Qeyd edək ki, “Uralvaqonzavod”un Nijni Taqildə yerləşən əsas müəssisəsinin 30 minə yaxın əməkdaşı var.

Sverdlovsk vilayətinin Həmkarlar İttifaqları Federasiyasının sədri Andrey Vetlujskix bəyan edib ki, müəssisə 14 min əməkdaşının iş rejimini yarımçıq iş həftəsinə keçirib, daha 5 min əməkdaş isə məcburi işsizliyə düçar olub.

Xatırladaq ki, “Uralvaqonzavod” və “Azərbaycan Dəmir Yolları” QSC arasında imzalanan müqaviləyə əsasən bu müəssisə Azərbaycana təxminən 3 min vaqon tədarük edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR