Təhsil naziri məktəblilərin itkin düşməsi faktına münasibət bildirib

Təhsil naziri məktəblilərin itkin düşməsi faktına münasibət bildirib
# 18 aprel 2013 12:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Təhsil naziri Misir Mərdanov son günlər məktəblilərin itkin düşməsi faktına münasibət bildirib. APA-nın xəbərinə görə, Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib ki, belə halların baş verməsinə görə təəssüf edir: “Əvvəlki illərdə də bu cür faktlar olub. Əksər hallarda onlar sağ-salamat tapılaraq öz evlərinə qaytarılıblar. İnanıram və arzu edirəm ki, bu dəfə də uşaqlar sağ-salamat öz evlərinə qayıtsın. Əlbəttə, səbəblər müxtəlif ola bilər. Uşaqların uşaq və gənclik yaşlarında müxtəlif hallarda belə işlər verir. Biz hamımız çalışmalıyıq ki, bu cür hallar olmasın”.

Təhsil naziri qeyd edib ki, belə halların baş verməməsi üçün əsas məsuliyyət valideynlərin üzərinə düşür: “İkinci məsuliyyət isə əlbəttə ki, məktəb və müəlliminin üzərindədir”.

Qeyd edək ki, son günlər Bakıda 3 məktəbli itkin düşüb. Onlar məktəbə getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıblar. Artıq onlardan ikisi tapılsa da, bir məktəblinin axtarışı davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR