Dünən Bakıda havanın orta sutkalıq temperaturu iqlim normasından 3-4 dərəcə aşağı olub

Dünən Bakıda havanın orta sutkalıq temperaturu iqlim normasından 3-4 dərəcə aşağı olub
# 18 aprel 2013 11:26 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. Dünən Bakıda havanın orta sutkalıq temperaturu iqlim normasından 3-4 dərəcə aşağı olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 8-11, Aran rayonlarında 9-12, dağlıq rayonlarda 0-5, Naxçıvan MR-da 14-19 dərəcə isti təşkil edib. Aprelin 17-də gün ərzində, 18-də gecə və səhər ölkə ərazisində hava şəraiti təzadlı dəyişib, əksər rayonlarda yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

Yağıntının miqdarı Lənkəranda 22 mm, Lerikdə 13 mm, Daşkəsəndə 11 mm, Astarada 10 mm, Qazıməmməd, Mərəzə, Xaçmazda 9 mm, Sabirabad, Biləsuvar, Cəfərxan, Göytəpədə 8 mm, Salyanda 7 mm, Gədəbəy, Qəbələ, İsmayıllı, Yardımlıda 6 mm, Şəki, Ağstafa, Tovuz, Naxçıvan, Rvarudda (Lerik) 5 mm, Göyçay, Ağdərədə (Ordubad) 4 mm, Quba, Zaqatala, Göygöl, Yevlax, Zərdab, Beyləqan, Kürdəmirdə 3 mm, Mingəçevir, Kişçay (Şəki), Ağsu, Şərur, Şahbuz, Gəncə, Şəmkir, Ceyrançöl, Oğuz, Şamaxıda 2 mm, Naftalan, Culfa, Bərdə, Sarıbaş (Qax) 1 mm, Tərtər, Xınalıqda 0.3-0.4 mm, Abşeron yarımadasında 2-13 mm təşkil edib.

Gecə saatlarından başlayaraq Göygöl rayonunun dağ kəndlərinə və Hacıkənd qəsəbəsinə qar yağıb. Aprelin 18-də səhər saatlarında qərb bölgəsində çiskinli, dumanlı hava müşahidə olunub. Qar örtüyünün hündürlüyü Altıağacda 5 sm, Daşkəsən, Gədəbəydə 2 sm, Hacıkənd, Naftalanda 1 sm təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR