Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Azər-Türk Bank" ASC-nin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1 manat olan 36 552 682 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınıb.
QKDK-dən “APA-Economics”ə verilən məlumata görə, bank emissiya nəticəsində nizamnamə kapitalını 3,72 dəfə artırmağı və 50 000 342 mln. manata çatdırmağı planlaşdırır.
Hazırda bankın nizamnamə kapitalı 13 447 660 mln. manat təşkil edir.
Emissiyanın parametrləri aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi |
AZ1003004426 |
Emissiyanın həcmi |
36 552 682 AZN |
Qiymətli kağızın miqdarı |
36 552 682 ədəd |
Nominal dəyəri |
1 AZN |
Anderrayter |
“İnvest-Az” MMC |