Moskvada “Biz-Böyük Qələbənin varisləriyik” adlı ümumrusiya aksiyasına start verilib - FOTO

Moskvada “Biz-Böyük Qələbənin varisləriyik” adlı ümumrusiya aksiyasına start verilib - <span style="color: red;">FOTO
# 06 mart 2015 19:16 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Veteranlar Evində start verilən aksiyada veteranlar qarşısında çıxış edən ÜAK icraçı direktoru İlqar Hacıyev bildirib ki, aksiyanın keçirilməsində məqsəd bu gün bizim, dünyada sülh və əmin-amanlıq şəraitində yaşamamız üçün bütün həyatını qurban verən insanların xatirəsini yad etməkdən ötrü bir neçə nəslin nümayəndələrini birləşdirməkdir. RAGB İdarə Heyətinin üzvü Emin Hacıyev çıxışında “Biz- Böyük Qələbənin varisləriyik” adlı ümumrusiya aksiyasının keçirilməsinin və bu aksiya çərçivəsində gənclərin tədbirlərə cəlb olunmasının vacibliyini qeyd edib.

Moskva Veteranlar Evinin Sosial-Reabilitasiya Mərkəzinin nümayəndəsi Gülmirə Eminova aksiyanın məhz Moskva Veteranlar Evindən start götürülməsinə görə Ümumrusiya Azərbaycan Konqresinə təşəkkürünü bildirib.Aksiyanın açılış mərasimi 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunub. Mərasimdə paytaxt Moskvanın müxtəlif rayonlarından gələn Rusiya və Azərbaycanın yaradıcı kollektivlərinin iştirakı ilə bayram konsert təşkil edilib.

Qeyd edək ki, “Biz-Böyük Qələbənin varisləriyik”aksiyasına Ümumrusiya Azərbaycan Konqresi və Rusiya Azərbaycanlı Gənclər Birliyinin bütün regional bölmələri qoşulub. Aksiya çərçivəsində Moskva və Rusiyanın digər regionlarında Böyük Vətən müharibəsinin veteranları ilə görüşlər keçiriləcək. Azərbaycanlı könüllülər tərəfindən abidələr, xiyabanlar abadlaşdırılacaq. Bundan başqa Azərbaycanlılar “Böyük Vətən Müharibəsində” adlı fotosərgi, “Xalqlar dostluğu kuboku” futbol turniri, Qələbənin 70 illiyinə həsr olunan bayram konsert, Kərim Kərimovun xatirəsinə həsr olunan konfrans, “Öz qəhrəmanlarını və ölkənin tarixini bilmək” adlı gənc nəsillər arasında inşa müsabiqəsi təşkil olunacaq. Ən yaxşı inşa “Azərbaycan Konqresi” qəzetində çap olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR