Sumqayıtda yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın baş verib

Sumqayıtda yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın baş verib
# 20 may 2015 06:34 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Sumqayıt şəhərində yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, yol kənarında 100 kv.m sahədə məişət tullantıları və elektrik dirəyindən gedən 30 p.m elektrik kabeli yanıb. Yaxınlıqdakı "TOSOİL" yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR