Azərbaycanın ümumi və ixtisaslaşmış məhkəmələri hakimləri Assosiasiyalarının birgə yığıncağı keçirilib - FOTO

Azərbaycanın ümumi və ixtisaslaşmış məhkəmələri hakimləri Assosiasiyalarının birgə yığıncağı keçirilib - <span style="color: red;">FOTO
# 04 may 2013 10:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Azərbaycanın ümumi və ixtisaslaşmış məhkəmələri hakimləri Assosiasiyalarının Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş birgə yığıncağı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan ümumi məhkəmə hakimləri Assosiasiyasının sədri, Yasamal rayon Məhkəməsinin sədri Ələddin Cəfərov müasir dövlətçiliyimizin yaranması, təşəkkülü və inkişafında xidmətləri olan Heydər Əliyevin həyatı və fəaliyyəti barədə danışıb, Azərbaycanda hüquqi dövlətin təməlini qoymuş Heydər Əliyevin müasir üçpilləli məhkəmə sisteminin formalaşdırılmasında xidmətlərini vurğulayıb: «Bu gün isə İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr dinamik inkişaf edir. Ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üçün bu gün çox içlər görülür».

Azərbaycan ixtisaslaşmış məhkəmələri hakimləri Assosiasiyasının sədri, Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bektaşi isə milli dövlətçilik tarixində xidmətləri olan Heydər Əliyevin Azərbaycanın hüquq sisteminə, məhkəmə hakimiyyətinin formalaşmasına verdiyi töhfələrdən danışıb.

Daha sonra tədbirdə çıxış edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov Heydər Əliyevin Azərbaycan dilinin qorunmasında göstərdiyi xidmətləri qeyd edib: «1995-ci ildə Azərbaycanda qarışıq vəziyyət idi. O zaman bəziləri Azərbaycan dilini Azərbaycan türkcəsi və sair formalarda rəsmiləşdirilməsini istəyirdilər. Lakin Heydər Əliyevin xidmətləri sayəsində dövlət dilimiz Azərbaycan dili kimi rəsmiləşdirildi və Konstitusiyaya salındı».

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin professoru Əfsər Məmmədov və digərləri də Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixində göstərdiyi xidmətlərdən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR