Gürcüstan prezidenti parlamentdə illik hesabatla çıxış edəcək

Gürcüstan prezidenti parlamentdə illik hesabatla çıxış edəcək
# 01 fevral 2013 15:05 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan prezidenti Mixail Saakaşvili sonuncu dəfə parlamentin iclasında illik hesabatla çıxış edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, fevralın 8-nə planlaşdırılan çıxışın hansı formatda olacağı çoxluq və azlıqda olan deputatlar tərəfindən müzakirə olunur.

Qeyd edək ki, Gürcüstan prezidentinin səlahiyyət müddəti 2013-cü ilin payızında başa çatır. M. Saakaşvili iki dəfə seçkilərdə qalib gəlib və Gürcüstan Konstitusiyası bundan sonra ona prezidentliyə namizəd kimi seçkilərdə iştirak hüququ vermir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR