Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 20-25 dərəcə isti olacaq.
Sabah Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq. Dağlarda isə gecə 4-8 dərəcə, gündüz 10-15 dərəcə isti proqnozlaşdırılır.