Quba rayonunda sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb

Quba rayonunda sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb
# 19 mart 2013 07:25 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Quba rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, prioritet sahələrə müasir çörək zavodu, bağçılıq təsərrüfatları, meyvəqurutma müəssisəsi və müasir alma konsentratı istehsalı müəssisəsinin yaradılması daxildir. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.

Bu gündən etibarən sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilərlər. Əlaqə telefonu: (+994 12) 434-74-29.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR