Bakı-APA. Bu gün Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ikimərtəbəli ümumi sahəsi 80 kv.m olan 4 otaqlı yaşayış evinin yanar konstruksiyaları yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xəzər rayonunda isə vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.