Tələbə "bomj"un üstünə benzin tökərək yandırıb

Tələbə "bomj"un üstünə benzin tökərək yandırıb
# 15 sentyabr 2015 07:22 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiyanın Birobican şəhərində sərxoş tələbə "bomj"un üzərinə benzin tökərək yandırıb.

APA-nın “İnterfax"a istinadən verdiyi xəbərə görə, hadisə yaşayış binasının alaqapısında baş verib.

İstintaqın ilkin versiyalarına görə, 18 yaşlı tələbə həmyaşıdları ilə yaşayış binasının girişində spirtli içki qəbul edib. Həmin vaxtı orada olan evsiz şəxsi gənclər dəfələrlə küçəyə qovublar.

Bununla sakitləşməyən tələbə yaxınlıqda yanacaqdoldurma məntəqəsindən benzin alıb və "bomj"un üzərinə tökərək onu yandırıb.

Zərərçəkən şəxs bədənin 90% yanması ilə hadisə yerindəcə dünyasını dəyişib.

Tələbə saxlanıb, onun barəsində xüsusi qəddarlıqla qətl törətmə maddəsi ilə cinayət işi başlanıb.

Onu 8 ildən ömürlük həbsə qədər cəza gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR