Paşha Bank
Bank Of Baku

Yevlaxda avtomobil atlını vuraraq ağır xəsarət yetirib

Yevlaxda avtomobil atlını vuraraq ağır xəsarət yetirib
# 17 aprel 2019 02:29 (UTC +04:00)

Yevlax rayonunda avtomobil atlını vurub.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Xaldan-Yevlax avtomobil yolunun Xaldan qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, rayonun Əcəmi kənd sakini, 1967-ci il təvəllüdlü Nağıyev Azad Nağı oğlu atının üstündə magistral yolda hərəkətdə olarkən avtomobilin zərbəsinə tuş gəlib. Ağır xəsarətlər alan A.Nağıyev xəstəxanaya yerləşdirilib.

Hazırda yaralı A.Nağıyev reanimasiya şöbəsində koma vəziyyətindədir.

Ehtiram Muradov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR