Rusiya-Ukrayna-Aİ qaz danışıqlarının tarixi gələn həftə müəyyənləşəcək

Rusiya-Ukrayna-Aİ qaz danışıqlarının tarixi gələn həftə müəyyənləşəcək
# 04 oktyabr 2014 01:25 (UTC +04:00)

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu birgə bəyanatla çıxış edən Avropa İttifaqının Enerji məsələləri üzrə komissarı Qünter Ettinqer və iki ölkənin Energetika nazirləri bildiriblər.

“Sentyabrın 26-da Berlində təklif olunmuş protokoldan sonra, onun şərtləri ilə razılaşma prosesi hazırda davam edir. Növbəti görüşün dəqiq yeri və vaxtı gələn həftə müəyyənləşəcək”, bəyanatda deyilir.

Bundan əvvəl Ukraynanın Energetika naziri Yuri Prodan üçtərəfli görüşün oktyabrın 3-də baş tutacağını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR