Alman sərmayəçiləri Gəncədə metallurgiya kompleksi yaradacaqlar

Alman sərmayəçiləri Gəncədə metallurgiya kompleksi yaradacaqlar
# 11 mart 2013 17:52 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə almanlar tərəfindən metallurgiya kompleksinin yaradılması planlaşdırılır. APA-nın qərb bürosunun verdiyi məlumata görə bunu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev «Regional inkişaf: Strateji hədəflər və perspektivlər» mövzusunda keçirilən elmi-praktik konfransda deyib. Onun sözlərinə görə yaxın zamanlarda Almaniyalı investorlar tərəfindən Gəncə şəhərində illik gücü 1 milyon 200 min ton olan metallurgiya kompleksinin yaradılması gözlənilir. Sözügedən layihə ilə Almaniya Federativ Respublikasının «Siemens» şirkəti artıq maraqlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR