Qubada silsilə oğurluq edən şəxslər tutulub

Qubada silsilə oğurluq edən şəxslər tutulub
# 22 aprel 2015 10:12 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Qubada silsilə oğurluq edən şəxslər saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 21-nə keçən gecə Quba rayonunun Paşaoba kəndində rayon sakini İsmayıl Mirzəyevə məxsus avtomobillərin təmiri sexindən yük avtomobilləri üçün ehtiyat hissələri oğurlanıb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Laçın rayon sakini Yaşar İbrahimov və Qax rayon sakini Eldəniz Atayev tutulublar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların aprelin 21-nə keçən gecə rayonun Paşaoba, Alekseyevka, İspik kəndlərində Ramil Şeydayevə, Bəhruz Səfərəliyevə, Əfqan Babayevə məxsus avtomobil təmiri sexlərindən avtomobil ehtiyat hissələri, 30 metr dəmir boru, 1 ədəd qapı, 1 ədəd soba və digər əşyalar, aprelin 17-nə keçən gecə Mikayıl Bədəlovun həyətindən isə dəmirdən hazırlanan 9 ədəd tor oğurlamaları da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR