Bakıda dünən keçirilən aksiyada saxlanılanlarla bağlı məhkəmə qərarları açıqlanıb - YENİLƏNİB

Bakıda dünən keçirilən aksiyada saxlanılanlarla bağlı məhkəmə qərarları açıqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 11 mart 2013 11:20 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Dünən Bakıda əsgər ölümlərinə etiraz olaraq keçirilən razılaşdırılmamış aksiyada saxlanılanlarla bağlı məhkəmə qərarları açıqlanıb.

APA-nın xəbərinə görə, Nəsimi rayon Məhkəməsinin qərarı ilə AXCP üzvü Elvin Baycan, Səbail Rayon Məhkəməsinin qərarı ilə isə AXCP üzvləri Məhəmməd Məcidli və Türkel Əlisoy 7 sutka, Babək Həsənov 6 sutka müddətinə inzibati qaydada həbs cəzasına məhkum olunub.

Xətai rayon Məhkəməsinin qərarı ilə “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadə barəsində 6 sutka müddətinə inzibati həbs cəzası təyin edilib.

Bundan başqa, AXCP üzvləri Taleh Məmmədov 400 manat, Nihad Hüseyn 500, Ramil Musayev 400, Ənvər Hüseynli 500, Zaur Məmmədov 500, Aqil Əliyev 600, Təzəxan Mirələmli 500, Vüsal Bayramlı 600, İlkin Əliyev 500, Müsavat Partiyasının üzvləri Rauf Məmmədov 500, Şamil Beydullayev 500, Şamil Beydullayev 500, ADP üzvü Osman Əhmədli 500, ADP üzvləri Azər Sadıqov 500, Osman Əhmədli 500, “REAL” Hərəkatının üzvü Cavid Qarayev 500 manat məbləğində cərimə ediliblər.

Qeyd edək ki, dünən bir qrup gənc əsgər ölümlərinə etiraz əlaməti olaraq Bakının mərkəzində aksiya keçirməyə cəhd edib. Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığı üçün aksiyanın qarşısı polis tərəfindən alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR