Xocalı soyqırımı ilə bağlı petisiyanın müəllifi: “Ağ Ev petisiyaları birmənalı şəkildə cavablandırır”

Xocalı soyqırımı ilə bağlı petisiyanın müəllifi: “Ağ Ev petisiyaları birmənalı şəkildə cavablandırır”
# 23 fevral 2013 08:26 (UTC +04:00)

Vaşinqton. N. Kazımova-APA. ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) təsisçisi və Direktorlar Şurasının üzvü Adil Bağırovun APA-nın Vaşinqton müxbirinə müsahibəsi

- Ağ Evin saytında yerləşdirilmiş petisiyanı ABŞ vətəndaşları kimi, Amerikada müvəqqəti yaşayan digər ölkələrin vətəndaşları da imzalaya bilər. Bundan başqa belə kampaniyalara bütün dünyada yaşayan insanlar da qoşula bilər ki, bu da qloballaşma ilə izah oluna bilər. Xocalı ilə bağlı məsələyə gəldikdə, söhbət ABŞ-ın xarici siyasətinə aidiyyəti olan insan haqları, hərbi cinayətlər və insanlığa qarşı cinayətlər kimi qlobal məsələlərdən gedir. ABŞ demokratiyanın mayakı sayılır və insan haqlarını öz xarici siyasətində birinci yerə qoyur. Bu məsələlərə öz dövründə ən irimiqyaslı hərbi cinayət sayılan və cəzasız qalan Xocalı hadisələrinin qurbanlarının yad edilməsi qədər başqa nəyin aidiyyəti ola bilər?

- Siz özünə diqqət cəlb edən bu kimi uğurlu petisiyalara misallar çəkə bilərsiniz?

- Ağ Evin saytında ən müxtəlif məsələlərə, o cümlədən xarici siyasət məsələlərinə aidiyyəti olan 99 petisiyaya cavablar yerləşdirilib. Cavabların petisiya müəlliflərini qane edib-etmədiyi ayrı məsələdir, lakin Ağ Ev nəzərdə tutulan miqdarda imza toplamış qaydalara uyğun hazırlanmış bütün petisiyaları birmənalı şəkildə cavablandırır. 2011-ci ildə bunun üçün 5 min imza toplamaq kifayət idi, 2012-ci ildə bu rəqəm 25 minə qaldırıldı. 2013-cü il yanvarın 13-dən isə cavablandırılmaz üçün tələb olunan imzaların sayı 100 minə qaldırılıb. Bununla da biz əvvəllər cavablandırılmış 99 petisiya üçün toplanmış imzaların sayından daha çox imza toplamağa nail olmuşuq. Çox şadıq ki, bizim petisiyamız 125 min imza toplayıb və bu baxımdan mövcud petisiyalar sırasında ikinci yeri tutur.

- Hansı real nəticələri gözləmək olar?

- Biz artıq bir neçə nəticəyə, o cümlədən Amerikadan yaşayan azərbaycanlıların gücünün artmasına və daha da aktivləşməsinə nail olmuşuq. Eyni zamanda bir növbəti dəfə dünya ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin diqqətinin Xocalı faciəsinə cəlb etmişik, bu da öz növbəsində bu hadisələrlə bağlı qətnamələr qəbul edən ştatların sayının artmasına səbəb olub. Və nəhayət, prezident Obama administrasiyasından təmkinli, amma yenə də anım xarakterli münasibət gözləmək lazımdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR