Xədicə İsmayılova barəsində hökmdən apellyasiya şikayəti verilib

Xədicə İsmayılova barəsində hökmdən apellyasiya şikayəti verilib
# 18 sentyabr 2015 16:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Jurnalist Xədicə İsmayılova barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Bu barədə APA-ya X. İsmayılovanın vəkili Fariz Namazlı məlumat verib.

O bildirib ki, məhkəmənin başlama vaxtı yaxın zamanlarda məlum olacaq.

Xatırladaq ki, X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7,5 il müddətində azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR