Bakıda istifadəyə yararlı döyüş sursatı aşkarlanıb

Bakıda istifadəyə yararlı döyüş sursatı aşkarlanıb
# 23 may 2015 22:25 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda döyüş sursatı aşkarlanıb. Nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Məlum olub ki, bu istifadəyə yararlı 1 ədəd UZRQM markalı əl qumbarasının partladıcısıdır. Sursat aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçiriblər və digər növ şübhəli əşya aşkar etməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR