Kəlbəcərdə ermənilər tərəfindən öldürülmüş Həsən Həsənov Bakıda dəfn olunub - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Kəlbəcərdə ermənilər tərəfindən öldürülmüş Həsən Həsənov Bakıda dəfn olunub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 04 oktyabr 2014 09:28 (UTC +04:00)

APA-nın dəfn mərasimini izləyən əməkdaşının verdiyi məlumata görə, H. Həsənov Binəqədi qəbristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

*** *** ***

10.46

Kəlbəcərdə ermənilər tərəfindən öldürülmüş Həsən Həsənovun dəfn mərasimi başlayıb

Bakı. Ramiz Mikayıloğlu – APA. İşğal olunmuş Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən öldürülmüş Həsən Həsənovun meyiti dəfn olunmaq üçün Bakının Binəqədi rayonuna aparılıb. APA-nın dəfn mərasimini izləyən əməkdaşının verdiyi məlumata görə, H. Həsənovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən götürülüb. Cənazə götürülməzdən əvvəl qısa mərasim keçirilib. Mərasimdə "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndirilib.

Mərhumun qardaşı Nail Həsənov bildirib ki, qardaşı tez-tez yuxusuna girir və sağ olduğunu deyir: “Bu gün Qurban bayramı qeyd olunur, qardaşım da vətən uğrunda qurban gedib”.

Mərhumun ruhuna dualar oxunduqdan sonra Azərbaycan bayrağına bükülmüş tabutu dəfn olunmaq üçün ailəsinin yaşadığı Binəqədi rayonuna aparılıb.

Dəfn mərasimində Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak edəcək.

Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan hərbçiləri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixində qarşı tərəfdən alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR