Qanunsuz odlu silah və külli miqdarda narkotik əldə edib saxlamaqda təqsirli bilinən şəxs tutulub - FOTO

Qanunsuz odlu silah və külli miqdarda narkotik əldə edib saxlamaqda təqsirli bilinən şəxs tutulub - <span style="color: red;">FOTO
# 04 oktyabr 2014 09:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qanunsuz odlu silah və külli miqdarda narkotik maddə əldə edib saxlamaqda təqsirli bilinən şəxsi saxlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Binəqədi rayon Xocahəsən qəsəbə sakini, 38 yaşlı Fuad Əsədullayevin yaşadığı evdən İtaliya istehsalı olan 1 ədəd “Parad-117” markalı tapança səs boğucusu ilə birgə tapılaraq götürülüb.

Saxlanılan şəxsin üstünə baxış zamanı narkotik maddə olan marixuana da aşkarlanıb. Əməliyyatçılar evdən həmçinin 6 kiloqramdan çox qurudulmuş marixuana da götürüblər.

Fuad Əsədullayev ifadəsində bildirib ki, silahı bir neçə ildir əldə edib yaşadığı evdə gizlədib. Narkotik maddəni isə yay aylarında həyətdəki dibçəklərə əkərək becərib.

Faktlarla bağlı cinayət işi başlanıb.

Əvvəllər də dəfələrlə məhkum olunmuş Fuad Əsədullayevin ətrafında əməliyyat istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR