Vurğun Əyyub: “Pozuntularla bağlı müraciətlər təsdiqini taparsa, növbədənkənar qurultay keçirilə bilər”

Vurğun Əyyub: “Pozuntularla bağlı müraciətlər təsdiqini taparsa, növbədənkənar qurultay keçirilə bilər”
# 03 oktyabr 2014 12:28 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Müsavatın qurultayındakı pozuntularla bağlı müraciətimiz təsdiqini taparsa, növbədənkənar qurultay keçirilə bilər”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Vurğun Əyyub deyib.

V. Əyyub Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun tərəfdarlarının seçkinin nəticələrinə etiraz əlaməti olaraq partiyadan istefa verəcəyi və ayrıca bir partiya yaradacağı barədə məlumatların əsassız olduğunu deyib: “Bizim partiyadan çıxmaq və ya ayrıca partiya yaratmaq niyyətimiz yoxdur. İstefalar gözlənilmir. Biz ancaq qurultayda pozuntu hesab etdiyimiz məsələlərlə bağlı müraciət edəcəyik və bunlar araşdırılacaq”.

Xatırladaq ki, sentyabrın 27-də Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı 228 səslə partiyanın başqanı seçilib. Q. İbadoğlu isə 200 səslə ikinci olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR