Azərbaycanın informasiya və rabitə sektoru bu il 13% artıb

Azərbaycanın informasiya və rabitə sektoru bu il 13% artıb
# 16 aprel 2013 14:59 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 353,4 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,5% çox xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,1% təşkil edib.

«Xidmətlərdən əldə olunmuş gəlirlərin 58,5%-i mobil telefon rabitəsindən yaranıb və 2012-ci ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 10,7% artaraq 206,9 mln. manata çatıb», - deyə Komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR