Gənclər və idman nazirliyinin əməkdaşları "Heydər zirvəsi"nə yürüş ediblər

Gənclər və idman nazirliyinin əməkdaşları "Heydər zirvəsi"nə yürüş ediblər
# 07 may 2015 10:07 (UTC +04:00)

Bakı-APA. Gənclər və İdman Nazirliyinin əməkdaşları Fərid Qasımzadə və Ərşad Nəsibov Şahdağ Milli Parkı ərazisində yerləşən "Heydər zirvəsi"nə yürüş ediblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yürüş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyi ilə əlaqədar həyata keçirilir. Qeyd olunub ki, Qızılqaya massivində yerləşən "Heydər zirvəsi"nin yüksəkliyi 3751 m-dir. Yürüşdə Gənclər və İdman Nazirliyinin əməkdaşları ilə yanaşı, Prezident Administrasiyası, ASAN xidmət, Azərbaycan Peyntbol Federasiyası, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası, UNİBANK əməkdaşları, Ali Neft Məktəbi və Azərbaycan Tibb Universitetinin tələbələri də iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR