Azərbaycan Qarabağ danışıqlarının gedişi barədə Türkiyəni məlumatlandırıb

Azərbaycan Qarabağ danışıqlarının gedişi barədə Türkiyəni məlumatlandırıb
# 15 iyul 2016 11:21 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Türkiyəli həmkarımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti ilə bağlı məlumatlandırmışam. Hesab edirik ki, Minsk Qrupunun üzvü olan Türkiyəni bu barədə məlumatlandırmalı idik”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.


E. Məmmədyarov Azərbaycanın mövqeyini M. Çavuşoğluna çatdırdığını söyləyib: “İnanıram ki, danışıqların intensiv şəkildə davam etdirilməsi nəyəsə nail olmağa imkan verəcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR