Ziyafət Əsgərov: “Üç həmsədr dövlət Azərbaycanın ərazi bütövlüyün tanıyıb, onlar Ermənistana təzyiq göstərməlidirlər” - VİDEO

Ziyafət Əsgərov: “Üç həmsədr dövlət Azərbaycanın ərazi bütövlüyün tanıyıb, onlar Ermənistana təzyiq göstərməlidirlər” - <span style="color: red;">VİDEO
# 26 fevral 2015 08:04 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Biz Ermənistanın şıltaqlığına daha dözməyəcəyik. Yoxsa bu Xocalı abidəsi bizi bağışlamaz”.

APA-nın məlumatına görə, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z. Əsgərov bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri arasında təkbətək keçirilən bütün görüşlərdə Ermənistandan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tələb olunsa də, Ermənistan bunu etmir: “Minsk qrupunun həmsədrləri də Ermənistana təzyiq göstərmirlər. Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədri olan hər üç dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onlar Ermənistana təzyiq etməlidirlər. Ancaq vasitəçilər bölgəyə turist kimi səfər etməklə kifayətlənirlər. Problem də bundadır. Azərbaycan prezidenti dəfələrlə münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu deyib. Ancaq xalqının da səbrinin həddi var. Ermənistan danışıqları imitasiya edir. Bu imitasiyaya son qoyulmalıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR