Qazaxıstanın Aktau şəhərində Xocalı soyqırımı anılıb

Qazaxıstanın Aktau şəhərində Xocalı soyqırımı anılıb
# 24 fevral 2013 19:23 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğu Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimi keçirib.

Baş Konsulluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə soydaşlarımızla yanaşı tanınmış qazax ziyalıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində Xocalı soyqırımını əks etdirən foto sərgi təşkil olunub, Azərbaycanın Aktaudakı Baş konsulu Rəşad Məmmədov çıxış edərək, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Xocalı soyqırımı barədə danışıb, “Xocalıya ədalət” kampaniyası barədə geniş məlumat verib.

Tədbirdə Baş Konsulluq tərəfindən yaradılmış www.xocalı.kz saytının təqdimatı da keçirilib, Manqistau vilayətinin ali təhsil müəssisələrində təhsil alan tələbələr və Aktau şəhərinin orta məktəblərinin yuxarı siniflərində oxuyan şagirdlər arasında keçirilmiş “Xocalı soyqırımı – insanlığa qarşı cinayət” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri elan edilib.

Tədbir sonunda Elşən Mehdiyev tərəfindən “Biz Xocalıya ədalət tələb edirik” mahnısı səsləndirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR